(012) 371 47 79 fb OpenDoors-Qapilar
  (055) 471 47 79    
Otaq qapıların quraşdırması 30 azn. (070) 371 47 79 fb (070) 371 47 79
Giriş qapıların quraşdırılması 50 azn. (050) 207 47 79  www.opendoors.az                                      

 

Otaqlar arası qapı örtülərinin ekoloji və kimyavi aspektləri

Ən çox

zərərlilər:

(PVC).

 Polivinilxlorid (PVX) 

Hazırda istehsal həcminə və tətbiq sahələrinə görə geniş yayılmış sintetik polimerlər sırasına daxildir. . PVX tekrar emal  vaxtı zəhərli birləşmələr (dioksinlər) ifraz olunur. Bu örtüyün cızılmaya və nəmişliyə davamlılığı yüksəkdir.

Az

zərərlilər:

PS

Polistirol

PS-nin termodestruksiya məhsulları çox zəhərlidir.

PU

Poliuretan.

Tərkibində xlor birləşmələri var, zəhərli birləşmələr ifraz edir.

ABS

Akrilonitril Butadien Stirol

Tərkibində zəhərli birləşmələr var.

PK

Polikarbonat

Tərkibində xlor birləşmələri var, zəhərli həlledicilərdən istifadə edilməklə emal edilir.

PET

Polietilen tereftalat

Zəhərli birləşmələr ifraz edir, təbii mühitdə çürümür.

EVA

Etil Vinil Asetat

Tərkibində xlor birləşmələri var, zəhərli birləşmələr ifraz edir.

PE

Polietilen

Tərkibində zəhərli birləşmələr var.

TPE

Termoplastik elastomer

Tərkibində zəhərli birləşmələr var.

Zərərsizlər

PP

Polipropilen

PP – plyonkaları-  ekaloji təmizliyi, zərbə və çoxqat əyilməyə yüksək davamlılığı, istifadəyə davamlılığı, həmçinin kimyavi möhkəmliyiylə fərqlənən polipropilen əsasında plastik plyonkalardır. Bu örtünün cızılmaya və  nəmişliyə davamlılığı yüksəkdir.

FP.

Finiş-plyonka

Finiş-plyonka  müxtəlif rəngləri və ağac teksturasını  təqlid edən termoaktiv qatranla hopdurulmuş xüsusi melamin kağız örtüdür. Bu örtünün cızılmaya və  nəmişliyə davamlılığı yüksək deyil.

Lamin.

Laminat

Ekoloji meşə materiallarından: ağac, ağac lifi, ağac yonqarlar və sellülozdan ibarət olan çoxqatlı örtüdür. Bu örtünün cızılmaya və  nəmişliyə davamlılığı yüksək deyil.

S-boya.

Su ilə qarışdırılan boyalar

"TEKNOS" "Becker Akroma" boyaları Eko-güllə nişanlanib. Avropa ekoloji nişanı (Eko-gül). Bu şirkətlərin boyaları çəkilmə və istismar prosesində zərərli maddələr ifraz etmir. Xüsusi su ilə qarışdırılan, ultrabənövşəyi şüaya davamlı, havakeçirən, möhkəm qoruyucu təzələyən rəngli boyalardır.

S-lak

 

Su ilə qarışdırılan lak

"Sayerlack" lakları Eko-güllə nişanlanib. Avropa ekoloji nişanı (Eko-gül). Zərərli toksik buxarları yoxdur. Xüsusi su ilə qarışdırılan, ultrabənövşəyi şüaya davamlı, havakeçirən, möhkəm qoruyucu şəffaf laklardır. Bu örtünün cızılmaya və  nəmişliyə davamlılığı ortadır.

Ekoş.

 Ekoşpon

Ekoşpon – süni materialdır, lakin o xüsusi ekoloji təhlükəsiz yapışqanın əlavə edilməsiylə ağacların qiymətli növlərinin liflərindən hazırlanır. Onun tərkibinə sintetik materiallar daxil deyil.  Bu örtünün cızılmaya və  nəmişliyə davamlılığı istehsalçıdan asılı olaraq müxtəlifdir (yeni nəsil ekoşponlar yüksək cızılmaya və  nəmişliyə davamlılığı ilə fərqlənir).

FLŞ

Şpon-Fayn-layn

Fayn-layn şponu – mebel təbəqəsinə yapışdırılmış ağacın yumşaq növlərinin soyulmuş şponunun fraqmentləridir. Təbəqənin daxilində – şpon daha az qiymətli, bayırdan isə daha qiymətli ağac növlərdəndir. İlk massivi tamamilə təqlid etmək olar, bu halda dəyəri daha ucuz dəyir olur.

Şpon

 Təbii şpon

 Təbii şpon —qiymətli ağac növlərinin ən incə təbəqəsindən (3-mm-dən az) ibarət olan ağac materialıdır. Mebelin və qapıların istehsalında şpon başqa materialın- məsələn, MDF və ya XDF, səthinə (üzə) yapışdırılan incə ağac lövhələrdir.

 

 

Otaqlar arası qapıların əsası:

Böyük qapılar – bu tamamilə qiymətli ağac növlərindən ibarət olan qapılardır.

Bitişdirilmiş masiv – bu ayrı-ayrı lövhələrin və tirlərin yüksək təzyiq altında yapışdırmasını prosesidir. Tir liflərinin istiqaməti müxtəlifdir və bunun hesabına çox yüksək davamlılığı olan xarakteristikalar əldə edilir.

 

MDF (orta sıxlıqlı ağaclifli lövhə 700-870 kq/m. kub) və XDF (yüksək sıxlıqlı ağaclifli lövhə 800-1050 kq/m. kub) – MDF və XDF üçün material ağacın (əlavə olaraq ağacın tərkibində olan əlaqələndirici maddəylə liqninlə emal edilmiş) quru lifindən yüksək təzyiq və temperaturla lövhə şəklində preslənir.

DStP (kiçik sıxlıqlı ağacyonqarlı lövhə 500-600 kq/m. kub) — bu ağac hissəciklərin, əsasən yonqarın isti preslənməsi yolu ilə istehsal edilmiş təbəqə tərtibatlı materialıdır. LDStP (Laminə edilmiş DStP) mebel sənayesində və qapı oyuqlarının genəldilməsi və ya tikməsi zamanı istifadə olunur.

Şanı doldurmalar (ekonom sinifin ucuzlu qapılarında olur).- Şanı doldurulmayla qapılar bir qayda olaraq, şam ağacının massivindən hazırlanmış lövhələrinin perimetrinə görə karkasa malikdirlər. Bu bir şaquli tərəfdən qıfılı vurmağa və qapı ilmələrini bərkitməyə imkan verir. Basılmış karton və ya orqalitdən şanılarla qapının daxili boşluğu doldurulur. Konstruksiya mumdan arı şanlarına oxşaryır. Əlbəttə, belə qapıların möhkəmliyi, MDF-lə böyük qapıların möhkəmliyindən aşağıdır.

 

Giriş qapılarının qırılmaya davamlılığı üzrə sinifləri:

Qırılmaya davamlılığı üzrə 1 sinif qapılar

Onları 5-9 dəqiqə ərzində montirovka, kəlbətin və ya başqa əl alətiylə sındırmaq olar. Bundan başqa, onlar sadəcə vurub çıxartmaq olar. İnşaat supermarketlərində təqdim edilmiş metal məhsulların çox hissəsi məhz bu sinifə aiddir.

Qırılmaya davamlılığı üzrə 2 sinif qapılar

Onlar ən sadə alətlərin təsirinə və, xüsusən, fiziki gücə qarşı davamlıdırlar. Belə qapını açmaq üçün, qırma üçün xüsusi alət və əsasən də elektrik lazım olacaq.

Qırılmaya davamlılığı üzrə 3 sinif qapılar

Bu cür qapının qoruduğu mənzilə daxil olmaq üçün cinayətkara 500 Vt və daha yüksək enerji ilə işləyən xüsusi elektrik cihazı lazım olacaq.

Qırılmaya davamlılığı üzrə 4 sinif qapılar

Belə konstruksiya fasiləsiz olaraq ən güclü alətin (deməli, ağır, səs-küylü və tozlu) təsirinə yarım saat davam gətirəcək. Qırılmaya davamlılıqdan başqa bu qapılar əlavə xüsusiyyətə, məsələn, gülləkeçirməyən ola bilərlər. Belə metal konstruksiyaların dəyəri çox yüksəkdir.

 

Üçüncü və dördüncü sinifin qapılarının qıfılının silindrinin güc tətbiqi cəhdindən müdafiəsi üçün qırılmaya davamlı furnitur və bronenakladkalardan istifadə olunur. Közərdilmiş poladdan bronenakladka xarici təbəqəyə deyil, qıfıla bərkidilir və qıfılla birlikdə olub silindri deşilməkdən, sındırılmaqdan və çıxardılmadan müdafiə edir. Taxma müdafiə lövhəyə batırılmışdır, buna görə onu ilişdirib çıxartmaq çətindir. Həmçinin silindri qoparmaq da mümkün deyil, çünki o bronenakladkanın arxasında etibarlı gizlədilmişdir. Bu mühüm hissə qıfılların müdafiəsini təmin edir (və bu sizin evinizi və sizi deməkdir), çünki əsas müdafiəyə– qıfıla girişi bağlayır və müdafiə edir.

Düzgün alınmış məlumat , pulunuza qənaət etməyə və qiymətli SAĞLAMLIĞINIZI , qorumağa kömək edəcək!

 
İSTEHSALÇI ÖLKƏLƏR 

MƏQALƏLƏR


info@opendoors.az
opendoors.az